Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd edildi

Bu gün məktəbimizdə  Prezident  İlham Əliyevin  Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamına əsasən tarix müəllimi Tanqrıverdiyeva Gülnarə seminar təşkil etdi. Seminarda məktəb rəhbərliyi, tarix müəllimləri və hərbi rəhbər iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Gülnarə müəllimə  İkinci Dünya müharibəsi dövründə Azərbaycanın rolu və azərbaycanlıların iştirakı barədə ətraflı məlumat verdi. Sonra şagirdlər  Sovet İttifaqı Qəhrəmanı, Mixaylo ləqəbli, əfsanəvi Mehdi  Hüseynzadənin uşaqlıq illəri, onun döyüş yolu haqqında marqlı faktlar söylədilər. Onun bacısına yazdığı məktubu oxudular, öz yazdığı şeirlərini söylədilər. Mehdi Hüseynzadənin  1941–1945-ci illərdə faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatlarından söhbət açdılar. Şagirdlər, həmçinin İkinci Dünya müharibəsi dövründə rəşadətli döyüş yolu keçmiş və əsasını azərbaycanlılar təşkil edən 416-cı Taqanroq diviziyasının fəaliyyəti haqqında da danışdılar. Mehdinin, Həzinin, İsrafilin qəhrəmanlıq ənənələrini davam etdirən Milli Qəhrəmanlarımız Tofiq Hüseynovun, Mübariz İbrahimovun, Şahlar Şüükürovun qəhrəmanlıqlarından danışdılar. Sonda onlar belə bir nəticəyə gəldilər ki, cəsur kəşfiyyatçının  şərəfli həyat yolu bu gün vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq səhifəsidir. Seminarın sonunda onlar qəhrəman döyüşçünün həyatı haqqında çəkilmiş “Uzaq sahillərdə” filmindən bir hissəyə tamaşa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi