Heydər Əliyev irsinin dərindən öyrənilməsi məqsədi ilə seminar keçirildi

Hər il  olduğu kimi bu il də ulu öndər Heydər Əliyev irsinin dərindən öyrənilməsi məqsədi ilə  ümumtəhsil məktəblərinin 11-ci sinif  şagirdləri üçün  xüsusi  seminar- mühazirələr təşkil edilir. Dünən Nərimanov rayon 258 saylı orta məktəbin 11-ci sinif şagirdləri üçün 258 saylı məktəbdə növbəti  seminar təşkil edilmişdi. Mühazirəçi 39  nömrəli tam orta məktəbin direktoru Tahirə  Şükürova idi. Mühazirənin mövzusu “Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı” idi. Tahirə  Şükürova ümummilli  liderin keçdiyi həyat yolu haqqında geniş məlumat verdi. O, Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra öz xalqı üçün,doğma vətəni yolundakı misilsiz xidmətləri  haqqında ətraflı danışdı. Tədbir ümummilli lider H.Əliyevə həsr olunmuş şagirdlərin hazırladığı  videoçarxın  nümayişi ilə bitdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi