Ümummilli lider Heydər Əliyevin anım günü keçirildi

Bu gün məktəbimizdə Ümummilli liderimiz, müasir Azərbaycanımızın qurucusu  Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirdə məktəbin pedaqoji heyəti və şagirdlər  iştirak edirdilər.
Mərasim ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahirə xanım Şükürova çıxış edərək, ulu öndərin tarix boyu qoyduğu izdən, onun  siyasi fəaliyyəti və quruculuq işlərindən danışdı. Xüsusi olaraq vurğuladı ki, Azərbaycanın bugünki müstəqilliyi və qüdrəti məhz ulu öndər Heydər Əliyevin siyasəti sayəsində mümkün olub. Azərbaycan bu gün böyük dövlətlər arasında özünə yer tutmuş, qüdrətli, güclü bir dövlətə çevrilib. Bu gün hər bir azərbaycanlı  Azərbaycan Respublikasının vətəndaşı olmağı ilə fəxr edir və öz dövləti ilə qürur duyur. Çünki  ulu öndərin  siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam  etdirilir. Heydər Əliyev ideyaları bu gün yaşayır, Azərbaycan dövlətinin inkişafına və qüdrətlənməsinə xidmət edir. Sonra məktəbin direktoru sözü şagirdlərə verdi. Şagirdlər  Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən prezentasiyalar ilə çıxış etdilər. Dahi şəxsiyyətə həsr olunmuş şeirlər  söylədilər. Onun aforizmlərindən nümunələr dedilər. Sonda Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən "Dahi şəxsiyyət" adlı sənədli film nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi