Kiçik Akademiyanın seminarı keçirildi

Dünən Nərimanov rayon 291 saylı məktəb-liseydə “Kiçik Akademiya”nın məktəblərarası seminarı keçirildi. Seminarın mövzusu “Heyvanların bioexolokasiya sistemi” idi. Seminarda beş məktəbin şagirdləri, məktəb direktorları və müəllimlər, BŞTİ-nin İnkişaf Layihələri sektorunun məsləhətçisi Sevinc Əzimova iştirak edirdilər.  Bizim məktəbi seminarda rus bölməsindən 11 ”Ç” sinif şagirdi Şıxməmmədbəyova Simuzər təmsil edirdi. Şagirdimiz mövzu haqqında danışaraq maraqlı məlumatları və prezentasiyaları ilə yadda qaldı. Münsiflər heyəti və şagirdlər tərəfindən verilən müxtəlif sualları cavablandırdı. Sonda şagirdimiz münsiflər heyəti tərəfindən Fəxri fərmanla təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi