Cavid dühasının işığı

Bu gün 6”A” sinfində ədəbiyyat müəllimi Köçərli  Gülşən görkəmli  Azərbaycan yazıçısı, şairi və dramaturqu Hüseyn Cavid yaradıcılığına həsr olunmuş  “Cavid dühasının işığı” adlı seminar təşkil etdi. Seminarda şagirdlər dahi ədibin həyat və yaradıcılığı haqqında ətraflı məlumatlar verdilər. H.Cavidin “Qız məktəbində” adlı şeiri əsasında hazırladıqları səhnəciyi və  “Dəniz  tamaşası” poeması əsasında hazırladıqları ədəbi-bədii kompozisiyanı  nümayiş etdirdilər. Ədibin aforizmlərindən nümunələr söylədilər. Ümummilli lider Heydər Əliyevin onun haqqında söylədiyi fikirlərə qulaq asdılar. Seminarın sonunda müəllimə H.Cavid yaradıcılığını əhatə edən suallar əsasında “Breyn-Rinq” oyunu təşkil etdi. Yarışmanın qalibi “Zəkalar” komandası kubok ilə təltif olundu. Sonda məktəbin direktoru Tahirə xanım Şükürova şagirdlərlə diskussiya apardı və onlara təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi