"Ümumdünya QİÇS-lə Mübarizə Günü” münasibətilə seminar

Hər il dekabrın 1-i “Ümumdünya QİÇS-lə Mübarizə Günü” kimi qeyd edilir. Azərbaycanda da bu problem aktual olaraq, daim Səhiyyə Nazirliyinin nəzarətindədir. QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Məktəbimizdə mütəmadi olaraq müxtəlif infeksion və virus xəstəliklərindən müdafiə və sağlam həyat tərzinin təbliği məqsədilə şagirdlər arasında maarifləndirici tədbirlər, seminar və konfranslar təşkil edilir. Noyabrın 30-da “Ümumdünya QİÇS-lə Mübarizə Günü” ilə əlaqədar 8 ”B” sinfində Qasımova Nəhayət həyat bilgisi dərsini bu mövzuya həsr etdi. Dərsdə şagirdlər bu mövzuya həsr etdikləri prezentasiyaları nümayiş etdirdilər, hazırladıqları məruzələrlə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi