2”Ç” sinfində texnologiya dərsi

Bu gün 2”Ç” sinfində texnologiya dərsində olduq. Şagirdlər öz fantaziyaları əsasında göy, qırmızı və yaşıl rəngli applikasiyalardan maraqlı bayraq kompozisiyası düzəltmişdilər. Bəzi şagirdlər bayrağın üzərinə ağ göyərçin şəkli də yapışdırdılar. Şagirdlər göyərçini sülh rəmzi kimi fikirləşdiklərini dedilər. Bu da şagirdlərin yer üzündə müharibəsiz həyat, firavanlıq arzusundan xəbər verirdi. Qoy həmişə üçrəngli bayrağımız bu körpə balaların başı üstündə dalğalansın!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi