Nümunəvi dərs

Noyabr ayı məktəbimizdə tarix aylığı olduğundan tarix müəllimi Tanqrıverdiyeva Gülnarə bu gün nümunəvi dərs nümayiş etdirdi. Dərsin mövzusu "ABŞ XIX - XX əsrin əvvəllərində" oldu. Şagirdlər dərsdə beş müxtəlif formada təqdimatla çıxış etdilər. "ABŞ-da vətəndaş müharibəsinin səbəbləri"-elektron prezentasiyası, "ABŞ tarixində vətəndaş müharibəsini ikinci burjua inqilabı adlandırılmasının səbəbləri"- fotokollaj, "XX əsrın əvvəllərində sənaye sahəsində ABŞ-ın birinci yerə çıxmasının səbəbləri" - vebsəhifə (https://agaevaga425.wixsite.com/agamubarizam1zy376x) , "ABŞ-ın xarici siyasəti" - qəzet və "ABŞ-ın məşhur şəxsiyyətləri "- buklet formasında maraqlı təqdimatlar göstərildı. Dərsin yaradıci tətbiqetmə mərhələsində şagirdlərin ABŞ Prezidenti Donald Trampa ünvanladıqları məktubda "Azadlığı Müdafiə Aktı"nın 907-ci düzəlişin ləğv edilməsini,  Azərbaycana aid ikili standartlardan əl çəkilməsini və Minsk qrupun fəaliyyətini yaxşılaşdırmasını xahiş etdilər. Dərsin sonunda müəllim müvafiq meyarlara uyğun hər qrupu qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi