12 Noyabr-Konstitusiya günüdür

Bu gün məktəbimizdə coğrafiya müəllimi Hüseynova Zəminənin təşəbbüsü ilə “12 Noyabr-Konstitusiya Günü” münasibətilə seminar keçirildi. Seminarda şagirdlər söylədilər ki,1994-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin  sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu. Sonra şagirdlər konstitusiyanın bölmə və fəsilləri haqqında ətraflı məlumat verdilər. Şagirdlərin hüquq və vəzifələrindən danışdılar. Müəllimə öz çıxışında iki müqəddəs kitabımız olan “Qurani-Kərim” və “Konstitusiya”nın mahiyyətini şagirdlərə açıqladı və bu gün münasibətilə hər kəsi təbrik etdi. Seminarın sonunda şagirdlər bir yerdə “Yaşa Azərbaycan!” mahnısını ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi