Mənim üçrəngli bayrağım

Bu gün məktəbimizdə ədəbiyyat müəllimi Cəfərova Dilarənin təşəbbüsü ilə “9 Noyabr-Dövət Bayrağı günü”nə həsr olunmuş geniş tədbir keçirildi.Tədbirdə 5 “C” sinfinin şagirdləri Azərbaycanın dövlət rəmzləri haqqında geniş məlumat verdilər.Üçrəngli bayrağımızın yaranma tarixi haqqında danışdılar.Maraqlı kompozisiyalar nümayiş etdirdilər.Gözəl şeirlər söylədilər,mahnılar ifa etdilər.Sonra məktəbin direktoru Tahirə xanım Şükürova çıxış edərək məktəb kollektivini və şagirdləri buəlamətdar gün münasibətilə təbrik etdi. Müqəddəs dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımızın dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının simvolu olduğunu dedi. Bildirdi ki, ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra dövlət bayrağı milli suverenliyin simvolu kimi qəbul olundu. Bayrağa, vətənə olan sevginin insanlara, xüsusilə də gənclərə aşılanmasında ən böyük örnəyin Prezident İlham Əliyevin olduğunu vurğuladı. Qeyd etdi ki,prezident cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla 9 noyabr tarixi ”Dövlət Bayrağı Günü” kimi təsis edilməsi ölkə rəhbərinin öz xalqının tarixi keçmişinə, dövlətçilik ənənələrinə və milli-mənəvi dəyərlərinə göstərdiyi diqqətin bariz nümunəsidir.Tədbir bayram əhval-ruhiyyəsində “Yaşa Azərbaycan!” mahnısının ifası ilə bitdi.Biz də hər kəsi bu gözəl gün münasibətilə ürəkdən təbrik edirik! Üçrəngli bayrağımızın Xankəndində dalğalanacağı günü səbirsizliklə gözləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi