"Mənim bayrağım" adlı inşa-yazı və rəsm müsabiqəsinin qalibləri

06 noyabr 2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında “9 noyabr – Azərbaycan Dövlət Bayrağı günü” münasibəti ilə Nərimanov rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim bayrağım” adlı inşa-yazı və rəsm müsabiqələrinin mükafatlandırma mərasimi keçirildi. Müsabiqədə 21 orta ümumtəhsil müəssisəsindən 87 nəfər məktəbli iştirak etmişdir. Məktəbimizi bu yarışmada rəsm müsabiqəsində təmsil edən 9”A” sinif şagirdi Abışova Şərqiyyə rayon üzrə üçüncü yerin qalibi olmuş və diplomla təltif edilmişdi.İnşa-yazı müsabiqəsinin iştirakçısı 8 ”B” sinif şagirdi İsmayılova Səlbi və 4”Ç” sinif şagirdi Quliyeva Zöhrə isə fəxri fərmanla təltif edilmişlər.Şagirdlərimizi təbrik edir onlara uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi