Zəngilan rayonu yada salındı

Bu gün 6”B” sinfində ədəbiyyat dərsində şagirdlər uzun illər  düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən, Azərbaycanımızın işğala məruz qalan ən sonuncu rayonu Zəngilanı yada saldılar.Bir dəqiqəlik sükutla vətən uğrunda canlarını qurban verən 188 şəhidin ruhu yad edildi.Sonra şagirdlər rayonun tarixi və mədəniyyət abidələri haqqında məlumatlar verdilər. Rayon ərazisində olan 300-400 illik yaşlı palıd ağaclarından danışaraq Avropada ən böyük çinar meşəsinin məhz bu rayonda olduğunu qeyd etdilər.Sonda şagirdlər əbədi Azərbaycan torpaqlarının yaxın zamanda düşməndən azad olacağı günə inandıqlarını söyləyib,torpaqlarımızın bir qarışını belə düşmənə təslim etməyəcəklərinə and içdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi