“İrs Nağıl evi”nə səyahət

21.10.2018-ci il tarixdə 4-cü sinif şagirdlərimiz Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü,professor Solmaz Amanovanın təşəbbüsü ilə təşkil edilmiş “İrs Nağıl evi”nə səyahətə getdilər.Milli dəyərlərimizlə yaxından tanış olmaq məqsədi daşıyan bu ekskursiyada uşaqlar balacaların dostu İlmənin, Turacın, ağ atlı oğlanın və digər milli cizgi filmi və nağıl qəhrəmanlarımızın kuklaları, geyimləri ilə tanış oldular. Əsasən milli məişət alətlərimizin, geyimlərimizin (çarx, kəlağayı, buxarı papaq və s.) yaranması haqqında maraqlı məlumatlar dinlədilər.Uşaqlar muzeydən gözəl təəsüratlarla qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi