Milli Müstəqillik gününə həsr olunmuş tədbir

Bu gün məktəbimizdə 18 oktyabr “Milli  Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirildi.Tədbirdə şagirdlərimiz müstəqilliyimizin tarixi, keçdiyi çətin yol haqqında ətraflı məlumatlar  verdilər,maraqlı prezentasiyalar nümayiş etdirdilər.Kiçik yaşlı məktəblilər bir-birindən gözəl şeirlər söylədilər. Tədbirin sonunda məktəbin direktoru Tahirə xanım Şükürova çıxış edərək müstəqilliyin ilk illərində Azərbaycan xalqının üzləşdiyi çətinliklərdən danışdı. O dedi ki, dövlət müstəqilliyimiz  ilk  illərdə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Məhz ümummilli  lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq və məhv olmaq təhlükəsindən xilas oldu.  Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın rifahı yolunda yorulmaz xidmətləri sayəsində müasir Azərbaycanın bünövrəsi qoyuldu. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bildi. Ulu Öndərin siyasəti bu gün prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir .Bu gün müasir,müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib.

.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi