Beynəlxalq Təhsil sərgisində iştirak etdik

11.10.2018-ci il tarixdə şagirdlərimiz məktəbin direktoru Tahirə xanım Şükürovanın rəhbərliyi altında ingilis dili müəllimi Əhmədova Şəhla ilə birgə Bakı Ekspo Mərkəzində təşkil olunmuş 12-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisində iştirak etdilər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan təhsil sərgisi hər şagirdə gələcəkdə  həm ixtisas, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan bir lahiyədir. Bu sərgidə şagirdlər ölkəmizdəki və xarici universitetlər haqqında maraqlı bilgilər əldə etdilər ki,bu da onların gələcək peşə seçimində mühüm rol oynayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi