“5 oktyabr – Müəllimlər günü” münasibəti ilə bilik yarışması

03 oktyabr 2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 oktyabr – Müəllimlər günü” münasibəti ilə Nərimanov rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin müəllimləri arasında bilik yarışması keçirilib. 
Yarışda rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin müəllimləri iştirak etmişdir. Tədbirdə məktəbimizi layiqincə təmsil edən tarix müəllimimiz Səlimova Gülüş qalib olaraq Fərqlənmə Diplomuna layiq görülmüşdü.Müəlliməmizi ürəkdən təbrik edir,ona işlərində uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi