Görkəmli şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru,alim Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş" Qurban adına " adlı ədəbi bədii kompozisiya

Bu gün görkəmli şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru,alim Aida İmanquliyevanın anım günü münasibəti ilə məktəbimizdə kimya biologiya müəllimi Nəhayət Qasımova və 7-10cu sinif şagirdlərinin iştirakı ilə tədbir nümayiş etdirdilər.Tədbir dövlət himnin səsləndirilməsi ilə başlanıldı. Tədbiri giriş sözü olaraq məktəbimizin direktoru Tahirə xanım Şükürova açaraq XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyat və yaradıcılığından danışaraq bildirmişdir ki, elm aləmində elə görkəmli şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yeniliklərlə elmi təfəkkür inkişaf etmişdir. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir.Bu gün Aidə İmanquliyevanın layiqli davamçısı YUNESKO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyeva öz ölkəmizdə elmə,mədəniyyətə və təhsilə diqqət yetirir.Tahirə xanım çıxışında daha sonra qeyd etdiki Mehriban xanım Əliyeva Heydər Əliyev irsinin öyrənilməsi, dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması üçün bütün gücünü sərf edir.Sonra Tahirə xanım sözü şagirdlərə vermişdir. Şagirdlər alimin həyatından maraqlı faktlar danışıraq,şeirlər söylədilər.Tədbirin sonunda Aida İmanquliyevanın həyatına həsr olunmuş video çarx nümayiş etdirilirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi