Nərimanov rayonu R.Nəsrəddinov adına 39nömrəli tam orta məktəbdə Bilik günü

39 nömrəli məktəbdə 15 sentyabr "Bilik günü "münasibətilə tədbir keçirilmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndəsi, veteran müəllimlər və valideynlər iştirak etmişdir.Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə xanım Şükürova açmış, şagirdləri yeni dərs ilinin açılması münasibətilə təbrik etmişdir.Tahirə xanım Şükürova öz çıxışında Bakı 2015 Avropa oyunları haqqında danışaraq,bu oyunların ölkəmiz üçün əhəmiyyətini qeyd edərək ölkə başçısı cənab prezident İlham Əliyev və Bakı 2015 Təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevaya məktəb kollektivi adından minnətdarlğını bildirmişdir. Və bir məktəb olaraq gündən-günə inkişaf edən Respublikamıza savadlı, ağıllı şagirdlər yetişdirməyin borcumuz olduğunu vurğulamışdır. Direktor həm də çıxışında buna misal olaraq qeyd etdi ki, bu il, 2014-2015-ci tədris ilində məktəbi bitirən 54 nəfər məzunun 42 nəfəri Ali məktəblərə qəbul olmuşlar. 11 Ç sinfinin 17 nəfər şagirdinin hamısı Ali məktəblərə qəbul olmuşdur. Şagirdlərin 1 nəfəri 600 baldan yuxarı, 5 nəfəri isə 500-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişlər. Bu isə məktəb üzrə 80% qəbul deməkdir. Sonra isə birincilərin çıxışından sonra ilk zəngin sədaları altında şagirdlər dərsə başlamışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi