Zakir Fəxrinin Milli Qəhrəmanımız Şahlar Şükürova həsr olunmuş “Yaza və yoza bilmədiyim yuxu” adlı kitabının müzakirəsi keçirilib

Zakir Fəxrinin Milli Qəhrəmanımız Şahlar Şükürova həsr olunmuş “Yaza və yoza bilmədiyim yuxu” adlı kitabının müzakirəsi keçirilib Azərbaycan Respublikası Təhsil Nazirinin Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli əmrinə əsasən mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər planına uyğun olaraq məktəbimizdə 19 may 2015-ci il tarixində keçirilən görüşdə şair Zakir Fəxrinin Milli Qəhrəmanımız Şahlar Şükürova həsr olunmuş “Yaza və yoza bilmədiyim yuxu” adlı kitabının müzakirəsi keçirilib.Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə xanım Şükürova açıq elan edərək qonaqlarımızı salamlamışdır.Tahirə xanım çıxışında bildirmişdir ki, Z.Fəxrinin Milli Qəhrəman Şahlar Şükürov haqqında yazdığı bu kitab Şahlar Şükürovun ruhuna ucaldılan ən böyük abidədir.Tədbirdə həmçinin Milli Qəhrəman Şahlar Şükürovun ailə üzvləri, Bakı Şəhəri üzrəTəhsil İdarəsinin nümayəndəsi Şirindil Əhmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar yazıçı-jurnalist Aqil Abbas ,Azərbaycan Respublikasının Milli Qəhrəmanları tanıtma ictimai birliyinin sədr müavini Rüzgar Əliyev,Azərbaycan Respublikasının Vətən uğrunda şəhid ailələri və Milli Qəhrəmanlar birliyinin Nərimanov rayonu şöbəsinin sədri Əlirza Mehdiyev,Nərimanov rayonu Metodkabinet rəhbəri Mövlan müəllim və digər dəyərli qonaqlar iştirak etmişlər. Tədbirdə şagirdlərin çıxışında qəhrəmanın şərəfli həyat yolundan söz açmışlar.Əsərdən parçalar ədəbi-bədii kompozisiya şəklində şagirdlər ifasında səsləndirilib, mahnılar ifa edilmişdir. Kitabda Milli Qəhrəman Şahlar Şükürovla bağlı xatirələri, düşüncələri, Qarabağa, vətənə, şəhidlərimizə həsr edilən şeirləri və Şahlar Şükürovun fotoşəkilləri yer alıb.Sonra söz şair Zakir Fəxriyə verilmişdir.Tədbirdə çıxış edən Z.Fəxri Milli Qəhrəmanla şəxsi tanışlığından danışıb, onunla bağlı xatirələrini bölüşüb: “Şahlarla hər görüşüm yaddaşımda dərin izlər qoyub, bu illər bir dost kimi onu həmişə xatırlamışam. Sözünün yiyəsiydi. Sözə bütöv olduğu üçün ona inam da çox güclü idi. Münasibətlərində çox ehtiyatlıydı, aradakı pərdəni götürməzdi”. Z.Fəxri çıxışında sözügedən kitabı yazma məqsədini açıqlayıb: “Şahlardan yazmağıma səbəb onunla bağlı gördüyüm qəribə, qeyri-adi yuxu idi. Bundan sonra bu dünyada görə bilmədiyimiz, görüb anlaya bilmədiyimiz sirlərin mövcudluğuna bir daha məndə əminlik yarandı və bu kitab ərsəyə gəldi”. Şair çıxışında yaxın gələcəkdə Qarabağ torpaqlarının erməni işğalından azad olunacağına, vətən uğrunda canından keçən qəhrəmanların narahat ruhlarının təskinlik tapacağına inandığını bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi