Rejissor Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmi ilə bağlı şagirdlər ilə görüşü

Yanvar ayının 20-də məktəbimizin direktoru Tahirə xanım Şükürova, müəllim kollektivi və şagirdlər birgə metroparkda nümayiş etdirilən “Qanlı Yanvar” filmini izlədilər.Filmdən sonra məktəbimizin direktoru Tahirə xanım Şükürova şagirdlərin gözlərindəki kədəri, qəlblərindəki qürur hissini hiss etdikdən sonra onlara söz verdiki “Qanlı Yanvar” filminin rejissoru Vahid Musatafayevlə və yaradıcı heyəti ilə görüş təşkil edəcəkdir.Tahirə xanım Şükürovanın şagirdlərə söz verdiyi an gəlib çatdı.May 14-ü məktəbimizdə son illərin kino həyatında böyük əks səda doğurmuş, “Xoca”filminin müəllifi, Qanlı Yanvar hadisələrinin iştirakçısı rejissor Vahid Musatafayevin o hadisələrdən bəhs edən Qanlı Yanvar filminin yaradıcı heyəti ilə görüş keçirilmişdir. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə xanım Şükürova açıq elan edərək qonaqlarımızı salamlamışdır. Bu dəvəti qəbul etdikləri üçün və xalqımızın rəşadət və qəhrəmanlığını əks etdirən “Qanlı Yanvar” filmini çəkdiyinə görə Vahid Mustafayevə təşəkkürünü bildirmiş və onu “Vətənpərvərlik ideyasının təbliğinə görə” fəxri fərmanla təltif etmişdir. Tahirə xanım “ Qanlı Yanvar” filmindən danışaraq qeyd edib ki, bu film bu günkü gənclərimizin həyatında çox böyük rol oynayaraq onlarda güclü vətənpərvərlik hisslərini aşılamış,ümummilli liderimiz Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvadakı tarixi çıxışının yer alması, ümidi qırılmış xalqın özündə yenidən mübarizə gücü tapması və xarici jurnalistlərin dilindən ulu öndərə verilən yüksək qiymətin filmdə bu həqiqətlər tamaşaçıya olduğu kimi çatdırılması təqdirə layiqdir.Bu günkü gəncliyin belə filmlərə çox ehtiyacı var.Bu heç də sirr deyil ki,bəzən hansısa bir bədii əsərin və ya yaxşı bir filmin şagirdlərin həyatında oynadığı rolu nə bir məktəb tədbiri, nə də hansısa bir sənədli film əvəz edə bilmir. Məktəbimizdə X-XI sinif şagirdləri arasında “Qanlı Yanvar” filminə “Ən yaxşı təəssüratlarım”, “Müəllifə ürək sözlərim” adlı müsabiqələri keçirilmişdi.Tədbirdə “Ən yaxşı təəssüratlarım” və “Müəllifə ürək sözlərim” adlı naminasiyasının qalibi yaradıcı şagirdimiz Fərid Müslüm və ən yaxşı inşa müsabiqəsinin qalibi X sinif şagirdi Şirinova Aytən, ən yaxşı şeirin müəllifi isə XI sinif şagirdi İsaxanova Günel çıxış etdilər.Sonra film ətrafında şagirdlər və müəllimlər öz suallarını, fikirlərini Vahid Mustafayevə yaradıcı heyətə bildirdilər.Sonda isə şagirdlərimiz Vahid Mustafayev filmdə rol alan yaradıcı heyəti ilə xatirə şəkli çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi