Şuşa səfərimiz

Məsuliyyətli və səmərəli dərs ilinin sonunda işlədiyimiz kimi istirahət etməyi də bacardıq. Məktəbimizin pedoji kollektivi Azərbaycanımızın dilbər guşəsi olan, illərlə həsrətini çəkdiyimiz, Şuşa şəhərinə səyahət etdi. Məktəbimizin direktoru Tahirə Şükürovanın təşəbbüsü ilə, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nərimanov rayon Komitəsinin yardımi və məktəb həmkarlar təşkilatnın sədri Akif Salahovun təşkilatcılığı ilə pedoqoji kollektivimiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın işğaldan azad etdiyi Şuşanı ziyarət edib, şəhərin tarixi-mədəni irsi, işğal dövründə məruz qaldığı dağıntılar, aparılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış oldular. Daha sonra Cıdır düzünü, Şuşa qalasını, Vaqif məqbərəsini, Qala divarlarını, Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Gövhər ağa məscidini, ermənilər tərəfindən dağıdılmış digər mədəniyyət abidələrini ziyarət ediblər. 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğulların unudulmaz xatirəsini yad edib, onların ruhuna dualar oxuyub, qazilərimizə sağlamlıq arzu etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi