məktəbimizin 7ç sinfinə“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiyası təşkil olunub

Aprelin 27-si məktəbimizin 7ç sinif rəhbəri O.Esmiralda müəllimə və şagirdlərlə birlikdə Qala Dövlət Tarix Etnoqrafiya qoruğuna ekskursiyaya getmişlər.Qoruq Azərbaycan Respublikası Nazirlər kabinetinin 18 aprel 1988-ci il 135 sayli qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb.Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə qoruğun ərazisində yaradılan, səma altında ilk Arxeoloji-Etnoqrafik Muzey Kompleksində yerli tarixi və mədəni abidələrlə yanaşı, Abşeron yarımadasında aşkar edilmiş digər arxeoloji tapıntılar yer alıb.Bu gəzinti nəticəsində şagirdlər Azərbaycan tarixi və mədəniyyətinə canlı səyahət etmişlər.Şagirdlər muzey kompleksində qayaüstü rəsmlər, qavaldaşı, bu dövrü əhatə edən keramika, məişət və bəzək əşyaları, silah və sikkələrlə tanış olmuş, ibtidai yaşayış sahələrini, gəzmək imkanı əldə etmişdilər. Bundan başqa,şagirdlər toxuculuq, dulusçuluq, dəmirçilik emalatxanalarında müvafiq məmulatların hazırlanması prosesində iştirak ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi