"MÜSTƏQİLLİN BƏRPASI GÜNÜ"NƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLDİ

   18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə məktəbin kitabxanasında Kitabxana müdiri Zəbinə Abdullayevanın, kitabxanaçı Aynurə Mikayılovanın və UBR Lalə Hüseynovanın təşkilatçılığı ilə 3 "A" və 4 "B" sinif şagirdlərinin iştirakı ilə "18 Oktyabr-Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masa Müstəqil Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Dəyirmi masada UBR Lalə Hüseynova çıxış edərək şagirdləri və tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. Müstəqilliyin Bərpası Günü haqqında geniş məlumat verdi, həmçinin Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinın bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, o cümlədən Azərbaycanın gündən-günə daha da gücləndiyi, qüdrətləndiyini xüsusi olaraq vurğuladı .

   Sonda dəyirmi masa iştirakçıları və şagirdlər arasında mövzu ətrafında maraqlı fikir mübadilələri aparıldı, fikirlər dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi