“Yurda dönüş və müasir qloballaşan dünya” mövzusuna həsr olunmuş tədbir təşkil edildi

Məktəbimizdə Millət vəkili, professor Hikmət Babaoğlunun Qara duman” və “Infoimperializm və media” kitabları əsasında hazırlanmış “Yurda dönüş və müasir qloballaşan dünya” mövzusuna həsr olunmuş tədbir təşkil edildi. Tədbirdə ilk öncə Ümummilli Lider H.Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycanın dövlət himni səsləndi. Giriş sözü ilə tədbiri məktəbin direktoru Tahirə Şükürova açıb qonaqları salamladı. O öz çıxışında dedi ki, Hikmət Babaoğlu sözün əsl mənasında idarəedici, tarixçi siyasətçi, alim və professordur. Biz bu gün yalnız iki kitabını vərəqlərərək onun kim olduğunu həqiqi mənada aşkarlayırıq.

Hikmət Babaoğlu "Qara duman "əsərində nə qədər keçmişi-qədim türklərin həyat tərzini atlarla ağlayırsa, o qədər türkün tarixinin qədimliyini sübut etmiş olur və nəhayət , bu atın azadlığı uğrunda mübarizəsini əfsanəyə çevirərək tarixə qovuşdurur. Və nəhayət bu azadlığı müqəddəs yurd yerlərinə, uşaqlıq xatirələrinə həsr edir.

Qara duman nə qədər tarixi köklərimizə gedirsə "İnfoimperializm və media "kitabı o qədər müasirliyi qlobal cəmiyyətimizin ən vacib və önəmli məsələlərini təbliğ edir. XXI əsri informasiya əsri kimi qiymətləndirir. Qlabal informasiya məkanında hegemon dövlətlərin modern insan təəssüratını aydınlaşdırır və onu düzgün istiqamətverici şəkildə ehtiva edir. Hətta buna aid yeni terminlər yaradaraq siyasi lüğət yaratmışdır.

Görüşdə Hikmət Babaoğlunun yaradıcılıq yolu, mükafatları elmi əsərləri, dərslik və metodik tövsiyələri, 70-ə qədər elmi əsərləri haqqında məlumat verildi. Millət vəkilinin kitabları haqqında geniş söhbət açıldı. “Qara Duman” və ”İnfoimperializm və media” kitablrının müzakirələri keçirələrək tədbir iştirakçılarına təqdim edildi. Qeyd edək ki, "Qara Duman" adlı kitabda eyni adlı atın başına gələnlərdən bəhs edilir. Əsas məqsəd Qərbi Azərbaycanda tarix boyu mövcud olan etnomədəni mühitimizi,adət və ənənələrimizi tanıtmaqdır. Kitabda yeni nəsillərimiz qədim yurd yerlərimiz, orada olan həyat və məişət haqqında müəyyən məlumatlar əldə edəcəklər. ”İnfoimperializm və media” kitabında xüsusi yer tutan Heydər Əliyev fenomeni və İlham Əliyevın dünya siyasətində xüsusi rolu haqqında çıxışlar etdilər. Şagirdlərin ifasında müəllifin kitablarından leksikonumuza gətirdiyi müxtəlif terminlərin izahı verildi. Müxtəlif şeir və kompozisiyalar nümayiş etdirildi. Tədbirin qonağı olan şair, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlunun “Cənab Ali Baş Komandan” şeirinə hazırlanmış xüsusi kompozisiya da alqışlara səbəb oldu. Tədbirda cıxış eden Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Elm va Təhsil Nazirliyinin nümayəndəsi Sahbaz Balakisiyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əmədar incəsənət xadimi Baba Vəziroglu va digər çixis edənlar tədbirin əhatə etdiyi mövzunun aktuallaigı barəda ətraflı bəhs edib belə bir tədbirə görə minnətdarlıqlarını bildirdilər. Tədbiri məktəbin ədəbiyyat müəllimi Gülarə Zeynalova 9,10,11-ci siniflərin şagirdlərinin iştirakı ilə hazırlamışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi