“Ətraf mühitin çirklənməsi və ekologiyanın qorunması”adlı dərs keçirildi

   İbtidai sinif aylığı çərçivəsində dərs təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərin və tədqiqatçılıq bacarıqlarının artılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, müəllim-şagird, şagird-şagird əməkdaşlığının inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, dövrün qlobal problemlərinin həllinə dəstək verilməsi məqsədlərinə xidmət edir.

   Bu məqsədlə məktəbimizin ibtidai sinif müəllimi Gülşən Tağıyeva IV “A” sinfində “Ətraf mühitin çirklənməsi və ekologiyanın qorunması” adlı xüsusi dərs keçirtdi. Şagirdlər mövzu ilə əlaqədar qruplara ayrılaraq divar qəzetləri, təqdimatlar hazırlayıb yoldaşlarına təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi