Ümummilli lider,Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü

May ayının 7-si Müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider,Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə məktəbimizdə təntənəli tədbir keçirilmişdir.Tədbir ilk olaraq Azərbaycanın dövlət himni ilə başlanıldı.Tədbiri giriş sözü olaraq məktəbin direktoru Tahirə xanım Şükürovaya verildi.Tahirə xanım Ümummilli liderimiz Ulu Öndərimiz Heydər Əliyev haqqında onun keçdiyi mənalı ömür yolundan şagirdlərə danışaraq bu sözləri dedi:Bizim müstəqil dövlətdə, yaşamağımız,Müasir Azərbaycan dövlətinin yaranması məhz Heydər Əliyevin uğurlu siyasətinin bəhrəsidir, Heydər Əliyev bütün dünyaya Azərbaycanı tanıdan şəxsiyyət olmuş, ölkəmizin günü gündən inkişaf etməsi bu layiqli irsin davamçısı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir.Daha sonra şagirdlər Ulu Öndərimizin həyatını, keçdiyi mənalı ömür yolunu əks etdirən video-çarxlar nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi