Son zəng 2023

Məktəbdə ənənəvi "Son zəng" tədbiri keçırildi. Tədbirdə Nərimanov Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Yasin Vəliyev, Gənclər və İdman idarəsinin müdiri Nəcəf Novruzov, məktəb heyəti və məzunların valideynləri iştirak etdilər. Tədbirin rəsmi hissəsi Dövlət Himni ilə açıq elan edildi. Məktəbin direktoru Tahirə Şükürova çıxış edərək torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tahirə xanım məzunları təbrik edərək müstəqil həyatlarında uğur qazanmalarını, Vətınimizə layiqli övlad olmalarını, Ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirmələrini arzu etdi. Təhsil nailiyyəti və ictimai işlərdə fəallığı ilə fərqlənən məzunları Fəxri fərmanla təltif etdi. Nəcəf Novruzov çıxışında məzunlara hansı peşənin sahibi olmalarından asılı olmayaraq daima Vətəni sevməyi, vətənpərvər olmağı tövsiyə etdi və onları təbrik etdi. Məzunların ibtidai sinif müəllimləri də çıxış edərək yazmağı, oxumağı öyrətdikləri körpələrin savadlı gənclər olaraq məktəbi bitirmələri ilə fəxr etdiklərini bildirdilər.

"Son zəng" tədbirinin bədii hissəsində on birincilər mahnılarını, rəqslərini, şeirlərini təqdim etdilər. Bilik açarını XI sinif şagirdləri X sinfə təqdim etdilər, son zəngin sədaları ilə müəllimlərindən, doğma məktəbdən ayrıldılar.

https://www.facebook.com/39mekteb/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi