“Mikroorqanizmlər uşaqların gözü ilə” adlı III Respublika müsabiqəsinə yekun vurulub

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun təşkilatçılığı ilə “Mikroorqanizmlər uşaqların gözü ilə” adlı III Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib.

Mərasimdə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri, müsabiqə komissiyasının sədri, professor Könül Baxşəliyeva iştirak ediblər.

Müsabiqədə 24 məktəbdən 141 əl işi təqdim olunub. Münsiflər heyətinin qərarına əsasən məktəbimizin VI sinif şagirdi Alsu Kəsəmənskaya üçüncü yerin qalibi olmuşdur. Alsu diplom və pul mükafatı ilə təltif olunmuşdur. Müsabiqədə iştirak edən digər şagirdlərimiz Zəhra Ağabalayeva, Nuray İbrahimli, Jasmin Yusifova, Müslim Vəlicanov, Tunar Qarayev, Qüdrət Abışov, Ümid İbadov, Murad Hüseynzadə, Nərmin Paşazadə, Dəniz Zərbəliyeva, Muhəmmədamin Namazov, Aynur Zeynallı, Rəsul Məmmədli və digər şagirdlər Təşəkkürnamə ilə təltif olundu.

Elmi rəhbər olaraq məktəbimizin biologiya müəllimləri Adilə Mirişli və Məlahət Məmmədova uşaqlara köməklik göstərmişdir.

Şagirdlərimizi və müəllimlərimizi səmimi qəlbdən təbrik edirik, gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi