Milli Qəhrəman Şahlar Şükürovun anım günü qeyd edildi

Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini necə uca tutduğunu, onlarla fəxr etdiyini həmişə nümayiş etdirir. Şəhidlərimiz də, yaralılarımız da bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuza çevrilib. Belə Qəhrəmanlardan bir Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şahlar Əvəz oğlu Şükürovun əziz xatirəsi bu gün onun adını şərəflə daşıyan 9 "B" sinfində anıldı. Sinifdə Azərbaycan dili müəllimi Dilarə Cəfərovanın təşkilatçılığı ilə qəhrəmanının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər qəhrəmanın həyat yolu, keçdiyi şərəfli döyüş yolu haqqında danışdılar. Qəhrəmanlıq səlnaməsi olan şeirlər söylədilər. Ruhun şad olsun şəhidim. Bu gün sənin və sənin timsalında bütün şəhidlərimizin ruhu şaddır, çünki işğaldan azad olunan bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi