"Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" adlı vahid dərs keçirildi

   Ümummilli Lider Heydər Əliyevin100 illik yubileyi münasibətilə məktəbimizdə tədbirlər davam edir.Belə tədbirlərdən biri bu gün məktəbimizin tarix müəllimi Gülnarə Tanqrıverdiyevanı təşkilatçılığı ilə hazırlandı. Tədbirin özəlliyi ondan ibarət oldu ki, məktəb çərçivəsində deyil, Nərimanov rayonunun 3 məktəbinin komandaları arasında təşkil olunmuşdu. Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbin "Dahilər" komandası, Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəbin "Qurucu" komandası, R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin "Lider" komandası arasında "Heydər Əliyev Müstəqil Azərbaycanın qurucusudur" adlı vahid dərs təşkil edildi. Dərs hər komandanın özünün təqdimatı ilə başladı. Təqdimatdan sonra müzakirə, Heydər Əliyevin fəaliyyəti ilə bağlı cədvəl, Heydər Əliyevin fəaliyyəti ilə bağlı klaster-karusel, Heydər Əliyevin fəaliyyətini əks etdirən yaradıcı iş mərhələləri ilə davam etdi. Bu tədbir məktəblər arasında dostluq-bərabərlik layihəsi kimi təqdim olundu və gələcəkdə də digər məktəblər arasında tətbiq olunması nəzərdə tutulub.

   Sonda məktəbimizin direktoru Tahirə xanım Şükürova çıxış edərək gələn qonaqlarımıza dərsimizdə iştirak etdiklərinə görə təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi