"Sən elə bir zirvəsən" adlı kədbir keçirildi

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən Ümummilli Liderin 100 illik yubileyi münasibətilə tədbir təşkil edildi. Tədbiri məktəbimizin Azərbaycan dili müəllimi Gülarə Zeynalova VIII-IX sinif şagirdlərinin iştirakı təşkil etmişdi.

Tədbir vətən müharibəsi uğrunda canından keçmiş şəhidlərin, Ulu Öndər Heydər Əliyevin və Akademik Zərifə xanım Əliyevanın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Tahirə Şükürova gələn qonaqları salamlayaraq dedi ki, Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır Rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində onun qədər misilsiz xidmət göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Bu gün ümummilli liderin siyasi kursunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevdir. Məhz onun rəhbərliyi ilə qazanılmış Zəfər tariximiz qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı və bu gün Azərbaycan dünyada qalib ölkə kimi tanınır.

Tədbirin birinci hissəsi Heydər Əliyevin natiqlik məharətinə həsr olunmuş dərs formasında təşkil edilmişdi. Bədii hissəsində şagirdlər ümumilli liderin çoxşaxəli həyat fəaliyyətindən danışdılar, şeirlər və poemalarından parçalar səsləndirdilər. Onun qayğıkeş ata, gözəl ömür gün yoldaşı kimi xüsusiyyətlərindən danışdılar. Tədbirdə iştirak edən hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifa etdiyi mahnılar tədbirə rəng qatdı. Tədbirdə şəhid Azad Hümbətovun atası Arif Hümbətov, Nərimanov rayon məktəb direktorları, Dünya Azərbaycanlılarının Həmrəylik İnstitutunun direktoru Həqiqət Hacıyeva və digər qonaqlar iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi