Sağlam həyat tərzinə dair maarifləndirici tədbir keçirildi

   Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə məktəbimizdə sağlam həyat tərzi, sağlam qidalanmanın və fiziki aktivliyin əhəmiyyəti, zərərli vərdişlərin orqanizmə mənfi təsirlərinə dair maarifləndirici tədbir keçirildi.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova tədbirdə çıxış edərək, zərərli vərdişlərin insan sağlamlığına mənfi təsiri barədə ətraflı məlumat verdi, gənc nəslə sağlam həyat tərzi sürmək, gələcəyini məhv edən vərdişlərdən uzaq olmaq tövsiyə etdi.

   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova çıxış edərək, erkən yaşlardan başlayaraq sağlamlığın qayğısına qalmağın əhəmiyyətindən danışdı, sağlam həyat tərzi seçərək bir çox xəstəliklərdən qorunmağın mümkün olduğunu vurğuladı.

   Yekunda şagirdlərin sualları cavablandırıldı və onlara maarifləndirici materiallar paylanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi