məktəbimizin 9-10-11sinif şagirdlərinin Müdafiə Nazirliyinin Qusar rayon N saylı hərbi hissəsinə və Quba rayonunda yerləşən Quba Soyqırımı Memorial Kompleksinə ekskursiyası

Mayın 3-də məktəbimizin 9-10-11ci sinif oğlanlarının və məktəbin GÇH rəhbəri Salahov Akif ,və idman müəllimi Muxtarlı Eldar,Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli ilə birlikdə Müdafiə Nazirliyinin Qusar rayon N saylı hərbi hissəsinə ekskursiyaya getmişdirlər.Ekskurisyanın Əsas məqsədi gəncləri Ali Hərbi Məktəblərə istiqamətləndirilməsi üçün bu məktəblərə qəbul qaydaları, Ali Hərbi Məktəblərdə təhsil almağın üstünlüklərinin təbliğ olunması,gənclər arasında hərb-vətənpərvərliklə bağlı görüşlərin keçirilməsi onlara ilkin hərbi biliklər verilməsi,ordunun dövlət və millət üçün əhəmiyyətinin aşılanması olmuşdur.Hərbi hissəyə gələn şagirdlər Qərargah, əsgər yataqxanası, yeməkxana, tibb məntəqəsi, tədris sahələri, silahlarla tanış olublar. Hərbi hissənin zabitləri şagirdlərə hərbi xidmətlə bağlı ətraflı məlumat veriblər. İştirakçıların günorta yeməyini əsgərlərlə bir yerdə, əsgər yeməkxanasında yemələri isə onlara daha böyük təsir edib. Hərbi hissəyə səfər şagirdlərin hərbi xidmət, hərbçi həyati barədə praktiki təcrübə qazanmağa imkan verib. Daha sonra şagirdlər həmçinin Quba rayonunda yerləşən Quba Soyqırımı Memorial Kompleksinidə “Soyqırım” məzarlığına gedərək ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliyi əyani surətdə sübut edən 1918-ci il Quba soyqırımına aid ayrı - ayrı tarixi sənədlərlə, eksponatlarla tanış olmuşlar.Ziyarət zamanı şagirdlərə 1918-ci ildə Quba rayonunda yaşayan azərbaycanlılar və digər millətlərin nümayəndələrinin kütləvi sürətdə erməni vəhşiliyinə məruz qaldığı, bu ərazidə ermənilər tərəfindən kütləvi qətliyamların törədildiyi barədə məlumat verilmişdir.Bu məzarlığın canlı şahidi olan şagirdlərimiz - sabahın əsgərləri zaman-zaman ermənilərin başımıza gətirdikləri faciələri unutmamalı, düşmənə qarşı mübariz olmalı, Vətəni qorumalıdırlar.Hər bir məktəblinin əsas vəzifəsi,ermənilərin uydurmalarını dünyada ifşa etmək üçün öz üzərlərinə düşən vəzifələrə çox ciddi yanaşmalı və bu istiqamətdə öz bacarıqlarını nümayiş etdirməlidirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi