“Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətini daha yaxından öyrənmək məqsədilə ekskursiya təşkil edilib

Məktəbin ibtidai sinif müəllimi İlhamə Hüseynova IV “B” sinif şagirdləri ilə “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətini daha yaxından öyrənmək məqsədilə ekskursiya təşkil edib. Ekskursiya çərçivəsində şagirdlərə Heydər Əliyev Mərkəzi tərəfindən ətraflı məlumat verilib və onlar mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Onlar dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar. Həmçinin ekskursiyada şagirdlərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar verilib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi