Novruz bayramının tarixi adət-ənənələri

   Tədbirlər planına əsasən “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində məktəbimizin ibtidai sinif müəllimi Zəhra Musayeva  1 "A" sinfində “Novruz bayramının tarixi və adət-ənənələri” adlı sinif təşkilat saatı keçirdi. Müəllimə qeyd etdi ki, Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar elə həmçinin azərilər də yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş şənliklər keçirmişlər. Bununla yanaşı müəllimə şagirdlərlə birgə Novruz bayramının adət ənənələrini əks etdirən kiçik əl işləri hazırladı və müxtəlif şəkildə hazırlanmış səməni sərgisi nümayiş etdirildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi