“Biz o yurda qayıdacağıq” adlı tədbir keçirildi

   

  Tariximizi vərəqlədikdə görürük ki, Azərbaycan qadınları xalqın tərəqqisində həmişə fəal rol oynayıblar. Onlar gözəllikləri, nəcib əməlləri, ağıl və zəkaları ilə təkcə nümunəvi ailə kültürü yaratmayıblar, igid oğullar, qızlar tərbiyələndirməklə yanaşı, milli mənəviyyatın, sosial əxlaqın formalaşmasına və sağlam, uzaqgörən idarəçilik işinə də öz töhfələrini vermişlər. Öz fədakar əməyi, fəal ictimai mövqeyi, filologiyamızda xüsusi yeri olan belə qadınlardan biri də filologiya elmlər doktoru, professor, Əməkdar müəllim, şair Mahirə Nağıqızıdır.

    Bu gün məktəbimizdə şair Mahirə Nağıqızı ilə görüş keçirildi. Görüşdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müavini Hüseyn Əsgərov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin müdiri Nəcəf Novruzov, şəhid Azad Hümbətovun atası Arif Hümbətov, Azərbaycan Pedoqoji Universitetinin müəllim kollektivinin üzvləri iştirak edirdi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən minlərlə insanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra çıxış üçün söz məktəbin direktoru Tahirə Şükürovaya verildi. O öz çıxışında gələn qonaqları salamlayaraq şairin “Onun daş nağılı” kitabındakı əsərlərini təhlil elədi. Əsərlərdəki yurd yeri həsrəti, torpaq yanğısı haqqında danışaraq dedi ki,dekabrın 24-ü İlham Əliyevin Qərbi Azərbyacan torpalaqrında olan bir qrup ziyalılarla görüşündə belə bir fikir söylədi. “Əminəm ki, gün gələcək Qərbi Azərbyacandan olan soydaşlarımız onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbyacana qayıdacaqlar. Mən əmin edirəm ki, bir gün gələcək və Qərbi Azərbyacanlılar böyük coşqu və həvəslə doğma torpaqlarına qayıdıb, orada yaşayacaqlar.

   Hər bir işin vaxtını və yerini bilən əziz Prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi biz tezliklə Qərbi Azərbaycana dönəcəyik. O gün heç də uzaqda deyil.

Məktəbin VIII-IX sinif şagirdlərinin ifasında “Biz o yurda qayıdacağıq” adlı bədii kompozisiya təqdim edildi. Şairin “Salam olsun” şeiri ilə başlayan kompozisiyada onun müxtəlif əsərlərinin təhlili aparıldı, əsərlərindən parçalar səsləndirildi. “Al bayrağım”, “Son döyüşə hazır ol”, “İlaxır çərşənbə” şeirləri səsləndirildi. Bundan başqa Vətənə, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizə həsr olunmuş əsərlərinin motivləri əsasında hazırlanmış “Vətən” və “Şəhidlər” kompozisiyaları da təqdim olundu.

   Mahirə Nağıqızının doğma dayısı professor-alim, filoloq Qərbi Azərbaycanlı Həsən Mirzədən danışaraq onun xatirəsi yad edildi. Qeyd edildi ki, o, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi daim fərqlənmiş, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmiş, Heydər Əliyev siyasi məktəbinin davamçısı və təbliğatçısı olaraq Ulu Öndərin silahdaşı, 91-lərdən biri kimi öz ömrünü müstəqilliyimizin qorunub möhkəmləndirilməsinə, Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsinə, haqqın-ədalətin bərqərar olunmasına sərf etmişdir.

   Tədbirin sonunda professor Mahirə Nağıqızı Hüseynova elmi, pedoqoji və bədii yaradıcılığına göstərilən yüksək diqqətə görə məktəb rəhbərliyinə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

   Tədbirdə iştirak edən BŞTİ-nin müavini Hüseyn Əsgərov çıxış edərək dedi ki, əminəm ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası reallığa çevriləcək, Qarabağdakı tarixi zəfərdən sonra əsas hədəf Qərbi Azərbaycana Qayıdış olacaq, günlərin bir günündə köç karvanları qəribsəmiş yurd yerlərinə dönəcəkdir.

   Tədbir şairin sözlərinə bəstələnmiş “Vətən” mahnısı ilə bitdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi