Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə iməclik keçirilib

Bu gün məktəbimizdə iməclik keçirilmişdir. İməclikdə məktəbimizin direktoru Tahirə Şükürova, direktor müavinləri, sinif rəhbərləri, müəllimlər, şagirdlər və texniki işçilər iştirak etdilər. Məktəb həyətində təmizlik-abadlıq işləri aparılmış, sinif otaqları təmizlənmiş, ağacların gövdələri ağardılmış, alaqları təmizlənmişdir. Ağacların quru budaqları kəsilmiş, dibləri yumşaldılmış və yeniləri əkilmişdir.
İməclik Ulu Öndər Heydər Əliyevin 2023-cü ildə qeyd olunacaq 100 illiyinə, həmçinin Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla 2023-cü ilin Azərbaycanda "Heydər Əliyev İli" elan olunmasına həsr edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi