VIII siniflərdə Mülki müdafiə dərsləri keçirildi

1 Mart bütün dünyada Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu tarix 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilir. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunan bu gün bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur. Məktəbdə Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirildi. Məktəbimizin Hərbi hazırlıq müəllimi Akif Salahov 8 A sinfində şagirdləri əyani surətdə fövqəladə hallar baş verdiyi zamanı necə davranmaq lazım olduğunu nümayiş etdirmək üçün həyəcan siqnalı verərək Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri barədə dolğun məlumat verib, əleyhəqazlarla tanış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi