"1 mart Ümumdünya Mülki müdafiə günü" qeyd edildi

   8 Ç sinif rəhbəri Lalə Abdullayeva təşkilat saatında məktəbin Hərbi rəhbəri Akif Salahovla birlikdə Mülki Müdafiə haqqında xüsusi dərs keçdilər. "1 mart - Ümumdünya Mülki Müdafiə Günü" haqqında geniş məlumat verildi, əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi haqqında söhbətlər aparıldı. Bundan əlavə yanğın təhlükəsizliyi qaydalarından, müəllim və şagirdlərin bu istiqamətdə təlimatlandırılmasından söhbət edildi, həmçinin, dəm qazının yaranma səbəbləri və bu zaman davranış qaydaları haqqında videoslayd nümayiş olundu. Təbii və fövqəladə hallar zamanı şagird müəllimlərin təxliyə edilməsi barədə göstərişlər verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi