5 Mart-Bədən Tərbiyəsi və İdman Günü çərçivəsində, idman həftəmizə start verdik

   Bu gün məktəbdə layihə çərçivəsində müxtəlif yaş qruplarında idman viktorinası keçirilib. Yarışmada idmanın bütün sahələrini əhatə edən və yaş xüsusiyyətinə uyğun suallar tərtib olunub. Viktorinada qruplar arası yarışmada müxtəlif siniflərin şagirdləri iştirak edib. Belə viktorinaların keçirilməsinin əsas məqsədi uşaqlarda fiziki aktivliyə olan marağın artırılması, idmana bağlılığın erkən yaş dövründən yaradılması, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi vasitəsi ilə psixoloji dayanıqlılığının qorunmasına nail olmaqdır. Praktika göstərir ki, belə oyunlar həm də şagirdlər arasında sosiallaşmanın genişlənməsinə və təlim nəticələrinin yüksəldilməsinə də müsbət təsir göstərir. Şagirdlər yarışmaya çox böyük həvəslə qatılıb.

https://www.facebook.com/100005186801914/videos/731732745276577/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi