Ümumməktəb valideyn iclası keçirildi

Nərimanov rayonu Rafiq Nəsrəddinov adına 39 nömrəli məktəbdə valideyn iclası keçirildi. İclas məktəbin IX siniflərində təhsil alan şagirdlərinin IX-X sinfinin valideynləri üçün təşkil olunmuşdu. İclasda məktəb rəhbərliyi ilə yanaşı sinif rəhbərləri və fənn müəllimləri də iştirak edirdi. Məktəbin direktoru Tahirə Şükürova öz çıxışında müəllim - şagird - valideyn əlaqəsinin daim sıx olmasının təlim - tərbiyə prosesində vacibliyini vurğuladı, ilin sonunda DİM tərəfindən keçiriləcək buraxılış imtahanlarına şagirdlərin ciddi hazırlaşmağına nəzarəti tövsiyə etdi. Valideynlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi