Ana dilimizi sevək və qoruyaq

   İbtidai sinif müəllimi Sevər Orucova rəhbərlik etdiyi 2"B" sinif şagirdlərinin iştirakı ilə “Beynəlxalq Ana dili günü”nə həsr olunmuş “Ana dilimizi sevək və qoruyaq” adlı xüsusi dərs keçdi. Sevər müəllimə “Ana dili” haqqında məlumat vermiş, Ulu Öndər Heydər Əliyevin ana dilimizin “Azərbaycan dili” olduğunu tutarlı faktlarla sübuta yetirməsi barədə fikirlərini şagirdlərin diqqətinə çatdıraraq “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir" söylədi. "Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən Ümumilli Lider Heydər Əliyevin azərbaycan dilini dövlət dili səviyyəsində yüksəlməsində müstəsna tarixi xidmətləri olduğunu söylədi. O bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin səlisliyindən, geniş imkanlarından yüksək səviyyədə istifadə edərək gözəl natiq kimi kütlənin qarşısında həmişə məharətlə çıxış etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi