Şagirdlərimiz Təşəkkürnamə ilə təltif olundu

     Vətənpərvərlik hissinin böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.

     Vətən uğrunda mübarizədə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə əlaqədar maarifləndirici tədbirlərin görülməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutan əmrinə əsasən şəhər ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında 2022-ci ilin oktyabr-dekabr aylarında “Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsi keçirilmişdir. Müsabiqənin yekun nəticələrinə əsasən məktəbimizin şagirdləri Fatimə Cavadova, Dəniz Zərbəliyeva, Əminə Nəcəfova, Sucəddin Bədəlli Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif olundular. Şagirdlərimizi təbrik edirik, bol-bol uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi