Pedaqoji Şuranın növbəti iclası keçirildi

       Məktəbin fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Məktəbin direktoru Tahirə Şükürova pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı. İclasda I yarımilin yekunları müzakirə edildi. Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmə və monitorinqlərin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi.

       2022-2023 - ci dərs ilində məktəbdə IX siniflər üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanlarına hazırlıq, şagirdlərin Respublika fənn olimpiadalarının final turuna hazırlığı və digər məsələlər müzakirə edildi. Pedaqoji Şuranın məqsədi pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarəolunmasında fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə etməkdən ibarət idi.

      Sonda məktəbimizin Azərbaycan dili müəllimi Sədaqət Quliyevanın 65 yaşının tamam olması münasibəti ilə məktəbin direktoru Tahirə Şükürova və azərbaycan dili müəllimləri təbrik edərək gül dəstəsi verdilər. Məktəb pedaqoji şurasının iclasına yekun vuran məktəbin direktoru Tahirə Şükürova pedaqoji şurada müzakirə olunan məsələlərin yerinə yetirilməsinə hər bir kollektiv üzvünün diqqətlə yanaşmasını tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi