"Məktəbdə" layihəsi çərçivəsində tanınmış ürək cərrahı Kamran Musayevlə görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı ürək-damar cərrahı, professor, Azərbaycan Respublikasının Əməkdar həkimi, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev oldu.

Məktəbin direktoru Tahirə Şükürova dəyərli ziyalımız Kamran Musayevi salamladı və şagirdlərə təqdim etdi.

K.Musayev uşaqlıq illəri, məktəb həyatı, müəllimləri ilə bağlı xatirələrindən, müəllimlərinin həyatındakı rolundan, seçdiyi peşədə uğur qazanmasına səbəb olan amillərdən danışdı. Qonaq peşəsinin məsuliyyəti, insan bədəninin ən həssas və mürəkkəb orqanı olan ürək üzərində əməliyyat icra edən cərrahdan tələb olunan səriştə və bacarıqlar, ürəyi qorumağın fiziki və mənəvi tərəfləri barədə şagirdlərə məlumat verdi.

Azərbaycan gəncliyinin gələcəyinə böyük ümidlər bəslədiyini bildirən K.Musayev məktəblilərə gələcək təhsil pillələri, ixtisas seçimi zamanı diqqət yetirməli olduqları məqamlarla bağlı tövsiyələr verib, şagirdləri düşündürən sualları cavablandırıb.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Sonda Kamran Musayev maraq doğuran mövzular ətrafında söhbətlər apardı, şagirdləri düşündürən suallara aydınlıq gətirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi