Şagirdlərimiz STEAM layihəsinin təşkil etdiyi FLL turnirdə

Şagirdlərimiz məktəbimizin informatika müəllimi Orucova Kifayətin təşkilatçılığı ilə STEAM layihəsinin təşkil etdiyi FLL turnirdə iştirak ediblər. FIRST LEGO League (FLL) məktəbliləri STEAM məzmununa uyğun robototexnika vasitəsilə praktik öyrənməyə, sınaqdan keçirməyə, kodlaşdırma, dizayn, həmçinin əməkdaşlıq, tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməyə həvəsləndirir. Təhsilalanlarda məzmuna uyğun bacarıqlar üzə çıxarılır və yarış ərzində inkişaf etdirilir. Maraqlı və əyləncəli təşkil olunan FLL komandaların öyrəndikləri bilik və bacarıqları, həmçinin hazırladıqları layihələrin (robotların) nümayiş etdirməsi üçün bayrama çevrilir. Yuxarı yaş qrupu üçün olan kateqoriyalarda isə iştirakçı komandalar layihələri ilə yanaşı quraşdırdıqları robotlar ilə yarışırlar.

“Challenge” kateqoriyasında 10-16 yaşlı iştirakçılardan ibarət komandalar tədqiqat, problem həlli, kodlaşdırma və mühəndislik üzərində hazırlanan robot oyunu tapşırıqlarını yerinə yetirən LEGO robotunun quraşdırılması və proqramlaşdırılmasını həyata keçirəcəklər. Məktəbimizi "CHALLANGE" kateqoriyası" üzrə 8a sinif şagirdi Baxşi Mahmud və 7a sinif şagirdi Yaqublu Yaqub təmsil edirdi. Onlara növbəti mərhələdə uğurlar arzulayırıq.

 

 

 

 

 

 

+4

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi