Vətən uğrunda canını qurban verən şəhidlərimiz ehtiramla və qürurla anıldı

Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbimizdə bütün siniflərdə 20 Yanvar hadisələri ilə bağlı dərslər keçirildi. Şəhidlərimiz ehtiramla və qürurla anıldı. İbtidai sinif müəllimi Güləndam Quliyevanın rəhbərliyi ilə 1A sinfində də ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. 1A sinif şagirdləri qəhrəman oğul və qızlarımızın xalqımızın azadlığı uğrunda apardığı mübarizədən, müstəqilliyimiz naminə göstərdikləri rəşadətdən və 20 Yanvar gecəsi törədilmiş qətliamın səbəb və nəticələrindən danışdılar. Daha sonra məktəbin foyesində yaradılmış 20 Yanvara aid sərgi guşəyə nəzər saldılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi