Şəhidlərmizi ehtiramla anırıq

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz iki il keçir. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır.

Bizim xalq hər zaman öz mübarizlik əzmi ilə seçilən xalqlardandır. Bunun nəticəsidir ki, millət olaraq, dəfələrlə facilərlə üzləşmişik. 20 Yanvar faciəsi də məhz insanların azadlıq istəyini, iradəsini qırmağa hesablanmışdı. Buna baxmayaraq, düşmənin istəyi gözündə qaldı xalqımız qorxmadı, müstəqillik mübarizəsindən çəkinmədi.

Bu gün məktəbimizdə ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin – günahsız Qanlı Yanvar qurbanlarının əziz xatirəsini dərin hüznlə yad etmək məqsədi ilə faciənin otuz ikinci ildönümü ilə əlaqədar məktəbimizdə fəaliyyət planına uyğun olaraq silsilə tədbirlər təşkil edildi. Şagirdlərin əl işlərindən ibarət sərgi - guşə hazırlandı. Şagirdlər Şəhidlərin xatirəsini anmaq məqsədi ilə tər qərənfillərdən Anım guşəsinə çiçəklər qoydular. Məktəbin akt zalında “Qərənfil Şəhid qanı” adlı ədəbi-bədii kompozisiya təşkil edildi. Tədbirdə şagirdlər 20 Yanvar hadisələrinin tarixi xronikası haqqında faktlar söylədilər.

20 Yanvar şəhidlərinin əziz xatirəsi anıldı, onların hər birisi haqqında ətraflı məlumat verildi. Bundan başqa məktəbimizin coğrafiya müəllimi Şəhanə Eminovanın qardaşı Bakı Dövlət Universitenin hüquq tələbəsi olan Vəfadar Eminovun 20 Yanvar günü imtahan sessiyasını verib Universitetdən çıxıb evə gedərkən yaralılara kömək məqsədi ilə xəstəxanaya gedən zaman snayper gülləsinə tuş gələrək faciəvi şəkildə şəhid olan Vəfadar Eminov haqqında ətraflı məlumat verdi və haqqında qısametrajlı film təqdim olundu.

Tədbirdə həm də 44 günlük Vətən müharibəsində canını qurban verərək şəhidlik zirvəsinə ucalmış şəhid Şəhriyar Qasımovun valideynləri də iştirak etdi.

Biz bu faciəni, bu qəhrəmanlıq salnaməsini heç vaxt unutmuruq, onu gələcək nəsillərə də ötürürük.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi