“Sülh Göyərçinləri” adlı beynəlxalq tədbir keçirildi

      Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə məktəbimizdə Dünya Azərbaycanlılarının Həmrəylik İnistutu ilə birgə “Sülh Göyərçinləri” adlı beynəlxalq tədbir keçirildi.

     Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə Şükürova açaraq gələn qonaqları salamladı. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə hər kəsi təbrik edərək sözü şagirdlərə verdi. Şagirdlərin ifasında Həmrəylik gününün tarixi haqqında məlumatlar səsləndirildi. Şagirdlər tərəfindən hazırlanmış müraciətlər rus və ingilis dillərində səsləndirildi.

     Bundan başqa məktəbin həyətində şagirdlərimizin əl işlərindən ibarət sərgi təşkil olundu. Sərgidə şagirdlər sülh və həmrəyliyimizi, ekoloji terrora etirazı əks etdirən rəsmlərini nümayiş elədilər. Tədbirin rəsmi hissəsindən sonra məktəbin həyətində sülh rəmzi olan göyərçinlər havaya buraxıldı.

https://youtu.be/kXNvDaBce60

 

https://www.instagram.com/reel/CmtQuVkIoqq/?igshid=NDdhMjNiZDg%3D&fbclid=IwAR3Wl25EZSObNxrqoiLbMgaji02xsyfehsDHHOK_XEE996vw7GfTFOO9sKg

 

https://www.facebook.com/photo/?fbid=643069310946208&set=pcb.643019307617875

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi