Diferensial Diaqnostik Sorğu keçirildi

Məktəbizin psixoloqu Vüsalə Nəsibova IX sinif şagirdləri ilə peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və qabiliyyətlər, barədə maarifləndirici, psixoprofilaktik seminar keçirdi. Şagirdlərin maraq və qabiliyyətlərinə uyğun peşə seçmələrinə istiqamət vermək məqsədilə keçirilən seminarda müxtəlif peşələrin təsnifatı videotəqdimat vasitəsi ilə nümayiş etdirildi. Seminarda peşə seçimində hansı kriteriyalar nəzərə alınmalıdır, insan-insan sistemi, insan-texnika sistemi və s. haqqında şagirdlərə məlumat verildi. Seminarın sonunda şagirdlərin düzgün strategiya seçib hədəfə doğru əmin addımlarla irəliləməsi üçün məsləhətlər verildi, və peşə seçiminə aid anket sorğusu (Diferensial Diaqnostik Sorğu) keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi